Film kimi qəza-VİDEO

03 Aprel 2018

Saatlı rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Saatlı rayonu, Qaralar kəndində "Mercedes" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun cəsədini və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış digər sürücü, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.(azertag.az)

Top
JoomlaLock.com All4Share.net