Traktorun qoşqusu aşdı 6 ölü -VİDEO
Featured

07 May 2018

Xəbər verdiyimiz kimi, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişən qadınlar pambıq becərməyə gedirmişlər.

Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, rayonun prokuroru və digər vəzifəli şəxslər hadisə hadisə yerinə gəliblər. 

Qəza törədən traktorun sürücüsü Xalid Əjdər oğlu Qasımovun vəziyyəti hal-hazırda ağırdır. O, koma vəziyyətində olan sürücü Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı 1 ailənin 3 üzvü həlak olub.(unikal)

Top
JoomlaLock.com All4Share.net