İtkin düşən alpinistlərin meyiti tapıldı
Featured

16 May 2018

"Təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib".

5 ay öncə Tufandağı istiqamətində itkin düşən alpinistlərin meyitinin tapıldığı deyilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, axtarışlar nəticəsində mayın 16-da, saat 18 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Saat 19 radələrində isə daha bir kişi və qadın cəsədi aşkarlanıb.

Dekabrın 27-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Alpinistlərin axtarışı ilə bağlı işlər aparıldığı deyilsə də, ötən müddət ərzində onlardan heç bir xəbər almaq mümkün olmamışdı.

Top
JoomlaLock.com All4Share.net