Nazir Yavər Camalov vəfat edib
Featured

23 İyun 2018

Müdafiə Sənayesi Naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib. 

Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə Şöhrət ordeni ilə təltif edilib.

Nazirin 3 oğlu var idi. Oğlu 44 yaşlı Rövşən Camalov ötən il Türkiyənin özəl xəstəxanalarından birində dünyasını dəyişib.

Allah rəhmət eləsin

Top
JoomlaLock.com All4Share.net