Oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu ilə qatar toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 34 nəfər yaralanıb.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə 160 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusundakı sərnişinlərin əksəriyyəti orta məktıəb şagirdləri olub.
Hadisə ilə bağlı KİV-ə açıqlama verən Azərbaycan Dəmir Yolları QSC-nin rəsmisi deyib ki, hadisə zamanı şlaqbaum bağlı olub. Lakin indi sizə təqdim edəcəyimiz videodan da göründüyü kimi qatar hərəkətdə olduğu zaman şlaqbaum açıq olub.