Avtobus qəzasında yaralanan müəllim dünyasını dəyişdi-VİDEO
Featured

02 Oktyabr 2018

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə evin tək uşağı olub. O, 218 saylı məktəbin 7-ci sinif şagirdi idi. 

Bu gün isə dəhşətli qəzada yaralananlardan daha biri 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasını dəyişib. Abşeron Binə Peşə Liseyində uzun illər xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Hazırda xəstəxanada olan digər yaralıların beşinin vəziyyəti ağırdır. Onlardan birinin böyrəyi kəsilib götürülüb. 

Remi Muradov adlı şəxsin şəkli.

 

 Yusif Tahir oğlu Dadaşzadə

Top
JoomlaLock.com All4Share.net