Süpürgəçi qadını maşın vurdu -vəziyyəti ağırdır
Featured

06 Dekabr 2018

Bu gün səhər saatlarında Nərimanov rayonu, Heydər Əliyev prospektində yolları təmizləyən Muradova Almaxanım Pirağa qızını maşın vurub. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hadisə "Bağırov" körpüsünün yaxınlığında baş verib. Bu barədə jurnalist Tatyana Kryuçkina sosial şəbəkədə məluat verib: "Səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında maşın daha bir süpürgәçi qadını, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızını vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib, vəziyyəti ağırdır."

Top
JoomlaLock.com All4Share.net