Sabiq polis serjantı qonşusunu öldürüb, Almaniyaya qaçdı
Featured

23 Fevral 2019

Salyanda 4 il əvvəl qonşusunu qətlə yetirərək basdırıb üzərində hamam tikən Salyan şəhər sakini Rövşən Cavad oğlu Cavadov gizləndiyi Almaniyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

51 yaşlı Rövşən Cavadov qonşusu Elçin Mirələm oğlu Qasımovu 2015-ci il noyabr ayının 11-də öz həyətində qətlə yetirməkdə şübhəli bilinir. Qətli törətdikdən sonra R.Cavadov cinayətin izini itirmək məqsədi ilə cəsədi həyətlərində basdıraraq üzərində hamam tikmişdi. İtkin düşmüş kimi axtarılan Elçin Qasımovun qonşunun həyətində basdırılmış meyiti bir müddət sonra, 28 dekabr 2016-cı il tarixdə aşkarlanaraq qətlin üstü açılmışdı. Qətli törətmiş R. Cavadov isə ondan bir neçə ay əvvəl mühacirətə getdiyindən məsluyyəitdən yayınırdı. Amma artıq Rövşən Cavadov gizləndiyi Almaniyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, Rövşən Cavadov 1991-1993-cü illərdə Salyan polisində serjant kimi qulluq edib. 1993-cü ildə qanunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Sonralar narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhbus həyatı yaşayıb.

Qanı yerdə qalmayan 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun isə bir neçə il əvvəl hər iki valideyni xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış.

Qətlə yetirildiyi günün səhərisi ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gedərək bir xəbər tutmaq istəyiblər. Həyət qapısı bağlı olduğundan qohumları hasardan aşaraq evə keçiblər. Bu zaman mənzilin işıqları yanılı, elektrik sobası isə qoşulu olsa da Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmırmış. Elə o vaxtdan da Elçin Qasımovun nə öldüsünsən, nə də qaldısından bir xəbər olmayıb. Amma 14 ay sonra məlum olub ki, o həmin vaxt qətlə yetirilərək meyiti yaşadıqları evin qonşuluğunda basdırılıbmış.

Faktla bağlı Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində qaldırılmış cinayət işinin istintaqı davam edir.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net