Rusiyada 6 azərbaycanlının həlak olduğu qəzanın səbəbi açıqlandı-VİDEO
Featured

06 Mart 2019

Bu gün səhər saat 5-də Stavropolda qəzaya uğrayan mikroavtobusda 6 azərbaycanlı həlak olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Stavropolın Koçubeevski rayonunda "Mercedes Vito" markalı mikroavtobusla "ZİL" markalı yük avtomobilinin toqquşması nəticəsində 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb. 

Məlum olub ki, 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.

Qəzaya səbəb "ZİL" avtomobilinin sürücüsünün sükan arxasında yatması olub.

Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb. 

4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.

Qəzanın səbəbləri araşdırılır.

***

Rusiya DİN-in Stavrapol vilayəti üzrə Yol Hərəkətinin Təhlükəsizliyi Baş İdarəsinin rəisi, polkovnik Aleksey Safonov “İnterfaks”a bildirib ki, qəza Krasnodarsk diyarından hərəkətə keçən “ZİL”in sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən olub.

***

Təcili Yardım Xidmətinin əməkdaşı “TASS” agentliyinə bildirib ki, hazırda Nevinnomsk xəstəxanasına 4 nəfər yerləşdirilib. Onlardan biri Krasnodarsk sakini, daha iki nəfər isə Azərbaycan vətəndaşıdır.

Dördüncü yaralı isə ağır vəziyyətdədir, onun kimliyi müəyyənləşdirilir.

Top
JoomlaLock.com All4Share.net