Ölkəmizdə bir gündə 7 intihar hadisəsi olub
Featured

03 İyun 2019

Dünən Azərbaycanda 7 nəfər intihara cəhd edib, onlardan 5-i həyatını itirib.

İki nəfər gənc oğlan Bakı Bulvarında özünü dənizə atıb, onlardan biri həlak olub. Lakin onların özlərini dənizə hansı niyyətlə atdıqları bəlli deyil. 

Saatlı rayonunda iki intihar hadisəsi baş verib. Rayonun Qaralar kəndinin sakini, 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən

Abduləli oğlu özünü asıb. Onun meyiti tapılıb. 

İkinci intihar hadisəsi isə rayonda baş verib. 73 yaşlı Muradova Umleyla üstünə benzin tökərək özünü yandırıb və xəstəxanada vəfat edib. İsmayıllı rayonunun Mücəftaran kənd sakini 35 yaşlı Ramil Rəcəbəliyev da üzərinə benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Samux rayonunun Eldar kəndində 19 yaşlı Bəsti Yasin qızı Allahverdiyeva özünü asıb.

Quba rayonunun Qəcərzeyid kəndində 1989-cu il təvəllüdlü Mustafayev Firudin Bəhruz oğlu dərman içirək intihar edib.

İntihar hadisələrindən 5-i ölümlə nəticələnib. 

Top
JoomlaLock.com All4Share.net