Əli Həsənov bir ailənin külə çevrildiyi evdə-VİDEO
Featured

29 Noyabr 2016

Xəbər verdiyimiz kimi, bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı bir ailə - ata, ana və 2 azyaşlı uşaq həlak olub.

Hazırda yanğın yerinə Nizami rayon İcra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslər gəliblər.

Qonşuların dediyinə görə, yanğın gecə saat 3 radələrində baş verib. Hadisəyə ilkin səbəb kimi qısaqapanma göstərilir. Güclü külək və yanğının qapı tərəfdən başlaması ailənin mənzildən çıxmasına mane olub. Belə ki, onlar xilas olmaq üçün hamama sığınıb:

"Hamam lambir olduğu üçün hər yer əriyib. Uşaqlar və qadın burada hamam vannasına yapışıb".

Həlak olanlar Füzuli rayonundan məcburi köçkün olublar.

Qonşu Rəsmiyə Məmmədova bildirib ki, yanğın zamanı 3 ev yanıb: “Ailə qapıbir qonşumuz idi. Saat 3-ün yarısı olardı. Hər yeri tüstü, duman bürüdü. Əvvəlcə elə bildik ki, evdə heç kim yoxdur. Sonradan səslərini eşitdik. İçəridən uşaqların qışqırtısı gəlirdi, ancaq bir kömək edə bilmədik. Elə gözümüzün önündə yanıb öldülər. Çox gözəl ailə idi. Bizim və digər qonşumuzun da evi yanıb. Biz qaça bildik, onlar xilas ola bilmədi”.(qafqazinfo)

 

Yüksək vəzifəli məmurlar hadisə yerində  -  Fotolar
Yüksək vəzifəli məmurlar hadisə yerində  -  Fotolar
Yüksək vəzifəli məmurlar hadisə yerində  -  Fotolar
Yüksək vəzifəli məmurlar hadisə yerində  -  Fotolar
Yüksək vəzifəli məmurlar hadisə yerində  -  Fotolar

 

Top
JoomlaLock.com All4Share.net