Futbol yarışmasına 3 min polis nəzarət edəcək
Featured

27 Sentyabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Roma" klubu ilə qarşılacaq "Qarabağ"ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

Bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub.

Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.

Top
JoomlaLock.com All4Share.net