ÇL: “Qarabağ” “Roma”ya uduzdu

28 Sentyabr 2017

Sentyabrın 27-də Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vuruldu.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti oyununa çıxdı.

Qurban Qurbanovun komandası İtaliyanın "Roma" klubunu qəbul edib və 1:2 hesabı ilə uduzub.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdar olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada həmçinin ÇL-in qrup mərhələsində ilk qolunu vurub. Pedro Enrike 29-cu dəqiqədə tarixi qolun müəllifi olub.

Qeyd edək ki, qrupun digər oyununda "Atletiko" "Çelsi"ni qəbul edəcək.

Top
JoomlaLock.com All4Share.net