"Qarabağ" zimbabveli futbolçuya ayda 70 min manat ödəyəcək
Featured

15 Yanvar 2018

"Qarabağ" futbol klubu Cənubi Afrikanın "Mamelodi Sandaunz" komandasında çıxış edən zimbabveli Xama Billiatı transfer etmək və bununla da klubdan ayrılmış Dino Ndlovunun yerini doldurmaq niyyətindədir.

Virtualaz.org xəbər verir ki, tərəflər danışıqları bitirmək üzrədir.

Futbolçunun digər təklifləri olsa da, onu Ağdam klubunun təklifinin maddi tərəfi maraqlandırıb. Belə ki, "Qarabağ" zimbabveli oyunçuya aylıq 70 min manat maaş təklif edib.

Forvardın oynadığı CAR klubu isə "Qarabağ"dan transfer üçün 2,5 milyon dollar tələb edib.

Top
JoomlaLock.com All4Share.net