Print this page

"Bu yarış ölkəmizin təntənəsidir"

01 May 2018

Son günlər ölkə gündəminin əsas mövzusu "Formula-1" yarışlarıdır. Ölkəyə turist axınından, paytaxtadakı yolların qısa zamanlı hərəkətə bağlanmasından və s. digər səbəblərdən ötrü cəmiyyətdə bu yarışlara və onun gətirəcəyi nəticələrə böyük maraq var.

Xalq şairi, Azərbaycanın əməkdar incəsənət xadimi, Nəriman Həsənzadə bu durumu müsbət hal kimi qiymətləndirib. Azərbaycanın bu kimi yarışlara ev sahibliyi etməsini dəstəklədiyini, bir vətəndaş kimi qazanılan uğurlara çox sevindiyini bildirib:

"Bu dünya miqyasında görülən böyük bir işdir. Ölkəmiz bütün dünaya tanıdılacaq. Çox səmimi duyğularla deyə bilərəm ki, bu məntiqli, dərin düşünüldüyündə önəmi böyük olan hadisədir. Azərbaycan dövlət səviyyəsində nümayis olunacaq, mən bu duruma çox sevinirəm, çox da məmmunam. Bu yarış müstəqillik illərində dövlətçiliyimizin təntənəsi, bayramıdır. Onu da qeyd edim ki, yarış helikopterlərlə, səmadan izlənərək qeydə alınacaq".(moderator.az)