Şəhriyar Məmmədyarov ilk üçlüyə düşdü- SIYAHI
Featured

03 Sentyabr 2018

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabrın 1-nə olan reytinq cədvəli dərc edilib. Klassik şahmat üzrə reytinqin ilk iyirmiliyinə altı azərbaycanlı daxildir.

Norveçli Maqnus Karlsen (2839) yenidən reytinq cədvəlinə başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2827) ikinci, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2820) isə üçüncü yeri tutur.

Şahmatçılarımız Teymur Rəcəbov (2751) on yeddinci, Arkadi Naydiç (2721) iyirmi səkkizinci, Rauf Məmmədov (2699) qırx altıncı, Eltac Səfərli (2676) altmış beşinci, Qadir Hüseynov (2667) yetmiş dördüncü yerdədir.

Qadın şahmatçıların reytinq cədvəlində Azərbaycanın bir təmsilçisi yer alıb. Günay Məmmədzadə 2438 reytinqlə otuz üçüncü yeri tutur.

Zərif cinsin nümayəndələri arasında ilk üçlüyə çinli Tszyun Ventszyun (2561), Hou İfan (2658) və rusiyalı Aleksandra Kostenyuk (2559) daxildir.(bakupost)

Top
JoomlaLock.com All4Share.net