Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu
Featured

25 Aprel 2019

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib.

O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. Bu qələbə ilə Pərvin Məmmədov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.(report.az)

Top
JoomlaLock.com All4Share.net