Bank azı 300 milyon krediti faizsiz verib
Featured

22 Noyabr 2017

Ötən il lisenziyası ləğv olunan “Bank Standart”ın əmanətçiləri qaytarılmayan pullarını tələb edirlər. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir.

“Balalarımız gələcəyi üçün pul yığmışdıq, uşağımızın pulu batıb. 22 min dollar borcu var bankın bizə”.

Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov deyir ki, bu proses uzunmüddətli olacaq. “Bank Standart”ın 743 mln. manatlıq kredit portfeli var ki, bunun 58%-i girovsuz verilən kreditlərdir. Yerdə qalan məbləğ isə qismən girov təmin edilməklə verilib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev isə deyib ki, bank bağlanandan sonra 50 milyon manat pul qaytarılıb.

“Bank Standart”ın borcluları arasında Neft Fondunun icraçı direktorunun qardaşı Şahin Mövsümovun da adı var. Məlumata görə, onun banka 100 milyon manat borcu var. Şahin Mövsumov yerli mediaya açıqlamasında kreditlər üzrə kifayət qədər girovunun olduğunu söyləmişdi.

Vətəndaşlar banka kreditləri qaytarmayanların cəzalanmasını və nə yolla olursa-olsun illərdir yığdığı pulların onlara geri qaytarılmasını tələb edirlər. Bəzilərinə görə isə əmanətlərin geri qaytarılması çayda balıq tutmaq sevdasına bənzəyir.

“Bank Standard”ın lisenziyası ötən il sentyabrın 30-da ləğv edilib.

Top
JoomlaLock.com All4Share.net