Bir manatlıq pullar dəmir olacaq - Mərkəzi Bankdan açıqlama
Featured

23 Noyabr 2017

Azərbaycan Mərkəzi Bankı bir manatlıq əskinasları metal sikkə ilə əvəz etmək imkanını nəzərdən keçirir.

Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib. Mərkəzi Bank sədrinin birinci müavini beş manatlıq əskinasların metal sikkə ilə əvəz olunacağı barədə şayiələri isə təkzib edib.

A.Quliyev əlavə edib ki, bu məsələ müzakirə olunan məsələlərin gündəliyində deyil.(trend)

Top
JoomlaLock.com All4Share.net