İcra başçısının 200 minlik "Lexsus LX 570"-i və səfalətin çökdürdüyü sabirabadlılar...-VİDEO
Featured

17 Mart 2018

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, video bu günlərdə Sabirabadda lentə alınıb. 

Bu videodakı görüntüləri bəziləri ölkədəki sosia-iqtisadi çöküşlə əlaqələndirir. Yəni insanların acgözlüyünün səbəbini ölkəni başına götürən işsizlik və kasıblıqla əlaqəsi varmı?

Amma biz babalarımızdan, nənənlərimizdən nəyi öyrəndik: Ac ol, amma insan, kişi ol! 

Əgər xatırlayırsınızsa, hazırda Səbailin icra başçısı olan Eldar Əzizov Gəncədə icra başçısı işləyərkən prezidentin ad günlərində tort hazırlatdırırdı. Adamlar bir tikə tort əldə etmək üçün bir-birinin üstünə çıxırdı. Bu adamları mənəvi aclıq, nəfs bu günə qoyub. İnsan gərək özünə də bir balaca qiymət versin. Həyatın ancaq qarnının doydurmaq üçün yaşayanların heç vaxt böyük iddiaları olmur. 
Eyni zamanda bu kimi hallar təkcə Azərbaycanda baş vermir. Bu günlərdə Moldovada küçədə pulsuz mannı paylanırdı və eyniylə bu mənzərə yaranmışdı.

Əslində bu acgözlük bir ölkənin itisadi baxımdan enişinin göstəricisi deyil, bu bir ölkənin insanlarının içdən, özündən məhv edildiyinin göstəricisidir. Mənən aclar heç zaman doymurlar. İnsanları mənən ac günə qoymaq isə dünyanı yönləndirən imperializimin ən vacib ideyalarındandır. Çünki ancaq mənən ac olan adamı istəiyin səmtə yönəldə bilərsən və istədiyin qəlbə töküb, istədiyin fiquru ala bilərsən.

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və onun ailə üzvləridir.

Sabirabad icra başçısının oğlu Anar İsmayılovun 2016-cı ildə 150 minlik maşın alması haqqında "Facebook" hesabında paylaşım etməsi isə mediada geniş əks -səda yaratdı.

İcra başçısının oğlunun alddığı "Lexsus LX 570" markalı avtomobiin qiyməti Azərbaycanda 150-160 mindir. Anar İsmayılov xaricdən sifarişlə gətirdiyi yeni avtomobilinə müəyyən detalları artırırdığı üçün ona 200 minə başa gəlib.

Nazim İsmayılovun başçılıq etdiyi Sabirabad rayonunda əhalinin əksəriyyəti ehtiyac içində yaşayır. 

Top
JoomlaLock.com All4Share.net