Azərbaycanda heyvandarlıq sahəsi sürətlə məhv edilir
Featured

17 Aprel 2018

Prezident İlham Əliyev "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda heyvandarlıqla bağlı dövlət proqramına ehtiyac olduğunu vurğulayıb.

Lakin məmurlar bu çağırışı "eşitməyiblər". Son illər qoyunçuluqla məşğul olan bir çox fermerlərin uzun müddətə icarəyə götürdükləri icarə torpaqlarının əllərindən alınaraq həmin sahələrdə pambıq əkilməsi və ya məmurların kəndlərdəki otlaq sahələrini öz şəxsi biznesləri üçün kəndlilərin əlindən alaraq əkinçilik təsərrüfatına çevirməsi daha sürətlə davam edir.

İqtisadçı Vahid Məhərrəmli vetenugrunda.az-a verdiyi açıqlamada ölkədə heyvandarlıq sahəsinin ciddi şəkildə tənnəzülə uğradığını bildirdi: "Əgər otlaq sahələrinin bir hissəsi pambıq əkininə ayrılıbsa, bundan sonra heyvandarlıqla bağlı hazırlanacaq dövlət proqramında bu məsələlər necə tənzimlənməlidir?

Bütün ölkə üzrə 200 min hektara yaxın təbii biçənək və örüş sahələri oliqarxlar tərəindən ələ keçirilib və həmin sahələrdə əkin işləri aparılıb. Bu sahələrin bəzilərində taxıl, bəzilərində çuğundur, pambıq əkirlər.

200 min hektar örüş sahəsinin dövriyyədən çıxarılaraq əkin sahəsinə çevrilməsinin acı nəticələri hazırda ortadadır.

Azərbaycanda maal –qaranın, qoyun -keşinin sayı kifayət qədər çoxdur, örüş sahəsi isə çatışmır. Azərbaycanın örüş sahəsinin çox hissəsi işğal altında qalıb. Qarabağ ərazilərində daha çox heyvadarlıqla məşğul olurdular və daha çox o ərazilərimizdə örüş sahələrimiz var idi.

Bu gün Dövlət Statistika Komitəsi hesabat verir ki, 2 milyon 400 hektara yaxın örüş sahəmiz var. Lakin bunun yalnız 1 milyon 400 hektarı qalıb Azərbaycanda. Qalan ərazi o qədər deyil.

Örüş sahələri eyni zamanda baxımsızlıq ucbatından getdikcə deqradasiyaya məruz qalır. Bu səbəbdən də bir hissəsi dövriyyədən çıxaırılıb. Bunun da nəticəsi gz önündədir.

Azərbaycan keçən ildə süd istehsalını ciddi şəkildə artırıb, bu ildə. Süd və süd məhsulları iki ay ərzində keçən ilin eyni dövrü ilə müqayisədə artıb.

Eyni zamanda ölkədə ət idxalı ciddi şəkildə artıb, 57 faizə çatıb. İndi də keçən ilə nisbətən 57 faiz artıb. Ancaq kəsim üçün gətirilən diri heyvan idxalı 3 dəfə artıb. Keçən il ümumilikdə 100 min başdan çox iri buynuzlu mal- qara gətirlimişdi ölkəyə kəsim üçün.

Bu il bunun sayı 3 dəfə artacaq. Bu da onun nəticəsidir ki, örüş sahələrinin azalması sayəsində ölkədə məhsuldarlıq kəskin şəkildə aşağı düşüb.

Kəndlilər, fermerlər məcburiyyət qarşısında qalıb heyvanları kəsimə veriblər və baş sayı da azalıb.

Təxminən 19 min baş iribuynuzlu, 150 min baş xırda buynuzlu heyvanın sayı azalıb bir ildə. Yəni bu statistika nisbidi dəqiq deyil.

Ümumilikdə götürəndə Respunblikada alıcılıq qabiliyyəti aşağı düşüb və keçən il ət -süd idxalı kəskin şəkildə artıb. Bu da ondan xəbər verir ki, istehsal ciddi şəkildə azalıb.

Ölkəyə diri heyvanı gətirib, burda kəsiib daxili istehsal kimi göstərirlər.

Süd alınıb gətirilir, pendir istehsal olunur və bunu daxili istehsal kimi gösətrirlər.

Hökumətin bu istiqamətdə apardığı siaysət ona gəririb çıxarıb ki heyvanların baş sayı azalıb, heyvandarlıqda məhsuldarlıq kəskin şəkildə aşağı düşüb və ət-süd məhsullarının qiyməti son 3 ildə xeyli artıb.

Belə ki, südü topdansatış 30 qəpiyə təklif olunurdu, indi 80 qəpiyə olub. Ətin kilosu bir neçə il öncə 7-8 manat idi, indi 11 manatdan bahadır. Bütün bunların hamısı bir daha ondan xəbər verir ki hökumətin bu sahədə apardığı siyasət yanlışdır. Bu yanlış siyasətin acı nəticəsi artıq ortadadır.

Top
JoomlaLock.com All4Share.net