"Bakı Kristal zalı" zərərlə işləyir
Featured

07 Sentyabr 2018

"Bakı Kristal Zalı" MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 176,536 mln. manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

2017-ci ildə "Bakı Kristal Zalı"nın cəmi öhdəlikləri 80% azalaraq 73 min manat, cəmi kapitalı isə 4,5% azalaraq 176,463 mln. manata düşüb.

Ötən il "Bakı Kristal Zalı"nın əməliyyat gəlirləri 369 min manat (əvvəlki ilə nisbətən 4,1 dəfə çox), əməliyyat xərcləri isə 10,83 mln. manat (58,4% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 10,46 mln. manat xalis zərərlə başa vurub ki, bu da illik müqayisədə 55% çoxdur.

Top
JoomlaLock.com All4Share.net