Bal sərgisini zəhərə çevirən səriştəsizlər
Featured

05 Oktyabr 2018

Xəbər verdiyimiz kimi Kənd Təsərrüfatı Nazirliyi 5-28 oktyab paytaxt Bakıda ənənəvi arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını təşkil edəcək.

Bu gün bal yarmarkasının açılış günü keçirilməli idi. Faktxeber.com-un əməkdaşı tədbirin keçirildiyi ünvan – Tofiq Bəhramov stadionunun qarşısına yollanıb. Ərazidə bal yarmarkasının keçirilməsi üçün çadırlar qurulsa da, əsən güclü külək onları yararsız hala salıb.

Müxbirimiz respublikanın müxtəlif yerlərindən Bakıya gəlmiş arıçılarla söhbət edib. Sahibkarlar bildiriblər ki, uzaq yol qətt edərək paytaxta gəlib mövcud durumla qarşılaşmaları onları çətin vəziyyətə salıb. Çünki çoxlarının şəhərdə gecələməyə yerləri yoxdur. Bir neçə gün Bakıda qalmaq isə onlara maddi baxımdan sərf etmir.

Arıçıların digər gileyi onlardan yığılan pul məbləğiylə bağlıdır. Astara və Qusar rayonundan yarmarkaya iştirak etməyə gələn arıçılar yarmarkda iştirak etmək üçün onlardan 200 AZN yığıldığını bildirdilər.

Sözügedən narazılıqla bağlı ilə Kənd Təsərrüfatı Nazirliyinin İctimayyətlə əlaqələr və informasiya təminatı şobəsinin müdiri Anar Hüseynovla əlaqə saxladıq. Nazirlik rəsmisi bildirdi ki, bal yarmarkasında sahibkarlardan 200 AZN məbləğində vəsaitin yığılması doğrudur: "Hər bir sahibkar yarmarka keçirilən ünvana xidmət haqqı ödəyir. Bu ödəniş hər il olur.

Yarmarkanın qurulması, yerin icarə haqqı, çadır xidmətləri, təhlükəsizlik tədbirləriylə bağlı balçılar müəyyən məbləğdə vəsait ödəməli olurlar". Xatırladaq ki, hava şəraiti ilə bağlı təxirə salınan bal yarmarkası qarşıdan gələn həftənin birinci günündən fəaliyyətə başlayacaq.(faktxeber.com)

 

 
Top
JoomlaLock.com All4Share.net