Zahid Oruc "Azərenerji"ni qınadı: "Dövlətin çiynində daha nə qədər yük olacaq?"
Featured

05 Noyabr 2018

Millət vəkili Zahid Oruc parlamentinbu gün keçirilən iclasında "Azərenerji"nin dövlətə yük olduğunu bildirib.  

O,  deyib ki, sözügedən qurum uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır:

"Azərbaycan öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ölkə prezidenti çox haqlı olaraq məlum müşavirədə "Azərenerji"nin rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib?. "Azərenerji" dövlətin çiynində daha nə qədər yük olacaq?"

Top
JoomlaLock.com All4Share.net