Zibil pulunu da artıracaqlar
Featured

05 Noyabr 2018

Bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək.

BakuPost-un məlumatına görə, bu, "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya"da əksini tapıb.

Sənədə əsasən Tarif (Qiymət) Şurasına bu il sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq etmək tapşırılıb.

Tarif (Qiymət) Şurasından bildirilib ki, müvafiq qurumlardan yeni tariflərlə bağlı təkliflər hələ daxil olmayıb.

Qeyd edək ki, Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərini təsdiqləyib. Qərara əsasən, bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub. Qeyri-əhali qrupunda bərk məişət tullantılarının yığılması və daşınması 1 kubmetr üçün aylıq 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi isə 1 kubmetr üçün 1 manat 20 qəpik, 1 ton üçün 5 manat 50 qəpikdir.(Bakupost)

Top
JoomlaLock.com All4Share.net