Azərbaycanda əmək haqqı 10 qəpik artdı - RƏSMİ MƏLUMAT
Featured

09 Yanvar 2019

Bu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub. Bu isə əvvəlki aylarla - yanvar-oktyabr ayları ilə müqayisədə aylıq nominal əməkhaqqı 10 qəpik artdığını göstərir.

Məlumat üçün qeyd edək ki, orta aylıq nominal əməkhaqqı yanvar-iyul aylarında 542,3 manat, yanvar-avqust aylarında 541,2 manat, yanvar-sentyabr aylarında 540,5 manat, yanvar-oktyabr aylarında isə 540 manat olub.

Top
JoomlaLock.com All4Share.net