Deputat: "Bu müqavilə Azərbaycanın qələbəsidir"
Featured

11 Fevral 2019

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Formula 1" yarışmasının ölkəmizdə keçirilməsini alqışlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sosial şəbəkədə bu mövzuya münasibət bildirən deputat belə yazıb: 

"Bu günlərdə məşhur "Formula 1" avtomobil yarışının Bakıda keçiriləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar."

Deputatın sözlərinə görə, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirib: "Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəmi haqda fikirlərin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır."

Qeyd edək ki, Bakıda "Formula 1" yarışlarının 2023-cü ilə qədər uzadılmasına dair razılıq əldə edilib. Bu ilki "Formula 1" yarışları üçün dövlət büdcəsindən 60 milyon dolların xərclənməsi nəzərdə tutulub. Bu isə Azərbaycan təhsilinə ayrılan vəsaitdən dəfələrlə çoxdur. Görünür, deputatı təhsilimizin inkişafından daha çox "Sürətli oyuncaqlar"ın inkişafı maraqlandırır.

Top
JoomlaLock.com All4Share.net