Azərbaycanda təhlükəli alaq otu aşkarlanıb
Featured

19 İyun 2019

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə aparılan fitosanitar müşahidələrin nəticələri açıqlanıb.

Agentlikdən open.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən növbəti monitorinqlər Ağcabədi rayonunun Minəxorlu, Kəhrizli, Muğanlı kəndləri və rayon mərkəzində yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələrdə, parklarda, yol kənarlarında həyata keçirilib.

Monitorinqlər zamanı sözügedən ərazilərdə təhlükəli alaq otu olan tikanlı quşüzümü aşkar edilib. Belə ki, tikanlı quşüzümü kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını kəskin azaldır, məhsulun keyfiyyətini pisləşdirir.

Bunu nəzərə alaraq AQTA əməkdaşları tərəfindən mexaniki ve aqrotexniki mübarizə tədbirlərinə başlanılıb və kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.

Top
JoomlaLock.com All4Share.net