Bu il taxıl istehsalı ciddi şəkildə azalıb
Featured

17 Sentyabr 2019

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, bu il Azərbaycanda bu il taxıl istehsalında azalma müşahidə edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Heç üstündən 40 gün də keçmədi. Xatırlayırsınızsa, İlham Əliyev kiçik bir müşavirədə demişdi: "Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb".

Təsəvvür edin, son 1 ay ərzidə Azərbaycana 40 milyon dollar dəyərində 200 min ton buğda idxal olunub.

Ümumilikdə isə yanvar-avqust aylarında ölkəyə keçən ilin eyni dövrü ilə müqayisədə 122 min ton çox, yəni 852,8 min ton buğda idxal edilib. Bu o deməkdir ki, bu il taxıl istehsalı ciddi şəkildə azalıb.

Bizim hesablamalarımıza görə, bu il taxıl istehsalında azalma 30 faiz təşkil edib. Amma iddia edirlər ki, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb".

Top
JoomlaLock.com All4Share.net