Deputatların və məmurların maaşları artacaq
Featured

04 Noyabr 2019

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu məlumat verib. O, sosial şəbəkə hesabında deputatların və məmurların maaşlarının artacağı ilə bağlı status paylaşıb:

"İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır. Lakin büdcə məlumatlarına istinadən demək olar ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir. Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində

827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb. Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən eputatların və məmurların maaşları artacaq".

Top
JoomlaLock.com All4Share.net