Rasim Balayevin dəvət edilməməsinin səbəbi bəlli oldu
Featured

06 Mart 2019

Prezident Rasim Balayevə zəng vurdu - "Məndən soruşdu ki..."

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.

Bu barədə aktyor özü məlumat verib.

"Təxminən on dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq.

Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür". Bu sözləri o, olke.az-a deyib.

Qeyd edək ki, R.Balayev ölkə başçısının və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi. Bu olaya cavab olaraq mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycanda 270 xalq artisti var, mən bu qədər adamı bir zala necə yığım" deyə, tanınmış aktyorun gileyini cavablandırmışdı.

Top
JoomlaLock.com All4Share.net