"Qala divarlarının görünüşünü heç nə kəsə bilməz" – Mehriban Əliyeva
Featured

26 Aprel 2019

Bakının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarına metal konstruksiyadan divar hündürlüyündə qurulmağa başlamış tikili ictimaiyyətin diqqətini çəkib və paytaxt sakinləri tarixi abidələrin qorunmamasına diqqət yönəldiblər.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva BBC News Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, "qala divarlarının görünüşünü heç nə kəsə bilməz".

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız "yararsız vəziyyətə gələn binaların yenidən, çox hündür konstruksiyadan bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin "hər qalası, divarı, hər bir daşı dövlətin" diqqətindədir: "Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq".

Top
JoomlaLock.com All4Share.net