Mehriban Əliyeva qədim tikilini nəzarətə götürdü
Featured

08 May 2019

Mehriban Əliyeva gənclərin səsinə səs verdi - TARİXİ BİNA NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Süleyman Rüstəm küçəsində sökülməməsi gündəmdə olan tarixi bina ilə bağlı açıqlama yayıb.

Mehriban Əliyeva məsələ ilə bağlı açıqlamanı "İnstagram" səhifəsində yayıb: "Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

Картинки по запросу Salaam Cinema Baku

Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina 1913-cü ildə tikilib. Uzun illər malakanların ibadət məkanı olub. İndi isə binada bir qrup gəncin yaratdığı "Salaam Cinema" fəaliyyət göstərir. Bir dəstə şəxs özünü binanın sahibi kimi təqdim edərək gəncləri qədim tikilidən zorla çıxarmaq istəyir. Gənclər isə binanın sahibkar tərəfindən söküləcəyini iddia edir və söküntüyə etiraz edirlər.

Top
JoomlaLock.com All4Share.net