Leyla Əliyeva: "...Vəfalı bir tənhalığım var mənim"
Featured

13 May 2019

Başım üstə göy üzü yenə əriyib itir, Mələklər də gizlənib bir anlığa, bu nə qəm?!


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yenə də tənhalıq" adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.

 

"Başım üstə göy üzü yenə əriyib itir

Mələklər də gizlənib bir anlığa, bu nə qəm?!
Şadlıq ilə dolu ev-hərdən bu ev özgədir,
Evin eyvanı isə söz verir: mən səninəm.

Kölgələrini quşlar tezliklə soyunacaq
Zil qaranlıq gecədə biz görmərik onları.
Dənizlər arxasında, ey dost, mənə acıma
Tənhalığım gəlir ta beşikdən mənə sarı.


Bu milçək də hey uçur bircə an yorulmayıb
Oynamağa səbrim yox, alıbdılar səbrimi.
Bəlkə mənim əvvəldən oyun arzum olmayıb
Eynən söz-söhbətlərdən qaçmaq arzusu kimi.


Mənimki bu həyatı yazmaqdır olduğu tək
O, gəlməklə getməyim arasında bir ahdır
Öncədən taleyimi duyur sinəmdə ürək
Amma heç kim deməsin gizlin duymaq günahdır.

Amma bizdən yuxarı − göylərin min bir qatı
Ölçülən, ölçülməyən mövcuddur, haqlıdır.
Zamansızlıq içində sorma məndən saatı
Yəni, "saat neçədi?" bu qədər maraqlıdır?!


Bizə gözlərdən gəlib öncəgörlük qisməti
Bax, yenə baş-başayıq - mən və tale vətənim.
Bilirəm, məni heç kəs, unutmasa da qəti
Yenə də vəfalı bir tənhalığım var mənim".

Tərcümə: Kamal Abdullayev

Top
JoomlaLock.com All4Share.net