Belçikada Xurşidbanu Natəvanın abidəsi qoyuldu
Featured

23 Sentyabr 2019

Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi qoyulub. 2016-cı il fevralın 18-də abidənin açılışı olan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.

Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.

Top
JoomlaLock.com All4Share.net