3 min manatlıq xoruz-VİDEO

28 Mart 2017

Sumqayıtın Corat qəsəbəsində xüsusi olaraq döyüşkən xoruzlar yetişdirilir.

İsayevlər ailəsi illərini bu işə sərf ediblər. Bayram günlərində döyüşdürülən xoruzların qiyməti isə eşidənləri şoka salır. 1 xoruza görə 3 min manat verən həvəsəkarlar da var.

Bir neçə aylığında ayrı saxlamasan bir-birləri ilə döyüşüb xəsarət yetirirlər. Bu quşlar elə aqressivdir ki, insana da hücum edir. Qiymətləri isə 3 min manatdan yuxarıdır.

Sumqayıtın Corat qəsəbə sakini döyüşkən xoruzları yetişdirməklə məşguldur.

Namiq İsayev qırt yatan xüsusi toyuqlardan bu cür xoruzlar əldə edərək yetişdirir. Saxlaması elə də asan deyil.

Xoruzlar əsasən Türk və İndoneziya növlərinə aiddir. Döyüşən xoruzların müştərisi də az deyil. Digər xoruzların qiyməti isə min manatdan başlayır.

Sahibinin "çənə", "sarı", "induş" kimi ləqəblər verdiyi xoruzlar əsasən mart ayında, Novruz bayramı ərəfəsində həvəskarlar tərəfindən döyüşdürülür.

Xoruzları 5-6 aylıq olanda bir yerdə saxlamaq olmaz. Çünki döyüşərək bir-birini öldürə bilərlər. (xəzər tv)

Top
JoomlaLock.com All4Share.net