Əli Kərimli İstintaqa ifadə verdi-VİDEO
Featured

16 İyun 2017
AXCP sədri Əli Kərimli ifadə verməsi üçün istintaqa çağırılıb.
 
Bu gün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılan Ə.Kərimli həbs olunan müavini Gözəl Bayramlının işi üzrə dindirilib.
 
Partiya sədri bir neçə dəqiqə əvvəl prokurorluqdan çıxıb. O Gözəl Bayramlının ittiham olunduğu cinayət işi üzrə şahid qismində ifadə verdiyini deyib.
 
Qeyd edək ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun çantasından 12 min ABŞ dolları məbləğində pul vəsaiti "tapılıb".
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
 

Top
JoomlaLock.com All4Share.net