Dünyaşöhrətli yazardan 7 oktyabr mitinqinə ÇAĞRIŞ
Featured

05 Oktyabr 2017

Rusiyada yaşayan dünyaşöhrətli azərbaycanlı yazar Çingiz Hüseynov Milli Şuranın 7 oktyabrda keçirəcəyi mitinqi dəstəkləyib. Vetenugrunda.az yazarımızın fikirlərini olduğu kimi təqdim edir:

"Bu ayın 7-də mənim birinci vətənimdə nümayişlər keçiriləcək.

Millətimin ən parlaq, ən dəyərli və seçimli övladlarını, igidlər və qorxmazlarını görüb həqiqət səslərini eşidəcəyik. Keçən zamanlarda olduğu kimi, onları qovanları da, zülmün keşiyində durub ədaləti boğanları da, "millət necə tarac olur olsun, nə işim var?" şuarıyla yaşayanları da, yırtıci sistemin keşiyində duran, yalana xidmət edən qul təbiətliləri də görəcəyik. Bu nümayişlər təkçə siyasi mübarizə deyil. Haqqla Yalanin, İşıqla Zülmətin toqquşmasıdır. Xalqin başında qoz sındiranların və Xalqin qələcəyini düşünənlərin savaşıdır. 

 

P.S. Demə, 7-də birinci vətənimin əkiz qardaşı olan ikinci vətənim Rusiyada da Putinin ad günüylə bağli və onun siyasətinə qarşi etiraz nümayişləri gözlənilir. Hər iki nümayişçi igidlərə uğurlar diləyirəm!"

Top
JoomlaLock.com All4Share.net