Həbs edilmiş AXCP fəalları ittihamları təkzib edirlər
Featured

09 Oktyabr 2017

Vəkil Əsabəli Mustafayev Xalq Cəbhəsi Partiyasının oktyabrın 7-də müxalifətin mitinqi ərəfəsində inzibati qaydada həbs edilmiş 6 fəalı ilə görüşüb.

Onların beşi: Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Fizuli Hüseynov Bakının Binəqədi rayon polisində saxlanılır. Daha bir fəal - Cabbar Savalanlı Sumqayıt polisində saxlanılır.

Vəkil bildirib ki, həbs olunanların hamısı standart hüquqpozmalarda: "küçədə yüksək səslə telefonda söyüş söyməkdə, polis əməkdaşları onları ictimai asayişə riayət etməyə çağırdıqda isə tabe olmamaqda" ittiham olunublar.

Beş fəal 25-30 gün və yalnız Savalanlı 510.1-ci (kiçik xuliqanlıq) maddə ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.

Mustafayevin sözlərinə görə, əslində fəalların əksəriyyəti ya polisə çağırılaraq saxlanılıb, ya da evlərindən aparılıb.

Bütün işlər üzrə apellyasiya şikayətləri verilib.

Vəkil bildirib ki, Binəqədi təcridxanasında məhbuslar sıx şəraitdə saxlanılır. Beş nəfərlik kameralarda 9-11 nəfər saxlanılır. Çoxları yerdə yatmaq məcburiyyətində qalır. Bundan başqa, məhbuslar üçün evdən gətirilən yeməkləri qəbul etmirlər, keyfiyyətsiz yeməkləri yeməyə məcbur edirlər.

AXCP fəalı Fizuli Hüseynov siyasi məhbusların azad edilməsi tələbi ilə təcridxanada aclıq elan edib.

Yalçın Abdullayev oktyabrın 3-də 200 manat cərimə olunub və apellyasiya şikayəti verib. Növbəti gün apellyasiya verdiyinə görə "cəzalandırılaraq" başqa ittihamla həbs edilib.

Ali Karimli (Əli Kərimli) adlı şəxsin şəkli.

Vəkil həmçinin bildirib ki, yaxın gələcəkdə Avropa Məhkəməsinin Cabbar Savalanlının əvvəlki illərdə həbsləri ilə bağlı şikayətləri üzrə qərar çıxarması gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də "Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq" şüarı ilə keçirilən mitinq Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil olunmuşdu. 

Top
JoomlaLock.com All4Share.net