Gözəl Bayramlının və Əfqan Muxtarlınln məhkəməsi oldu
Featured

13 Oktyabr 2017

Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi vəsatətə baxılıb.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, R.Usubovun vəsatəti təmin edilib, Ə.Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.

 

Bu barədə onun vəkili Elçin Sadıqov sosial şəbəkədə məlumat verib. 

Bu gün eyni zamanda AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəmə prosesi baş tutub. Bakı Apellyasiya Məhkəməsində  həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova məlumat verib.

Gözəl Bayramlı 2017-ci ilin mayında 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq həbs edilib. G.Bayramlı və müxalifətçi həmkarları hesab edirlər ki, həbs ölkənin aparıcı müxalifət partiyasını zəiflətmək məqsədilə siyasi motivlidir.

Top
JoomlaLock.com All4Share.net