Azərbacanlı namizəd güllələndi
Featured

20 Oktyabr 2017

Deputatlığa namizəd Ceyhun Çovdarov güllələndi

Oktyabrın 19-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

Naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovu güllələyiblər.

Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədənlər haqqında məlumat yoxdur.(report)

Top
JoomlaLock.com All4Share.net