Azərbaycan prezidenti İranda səfərdədir
Featured

01 Noyabr 2017

Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına işgüzar səfərə gedib.

Tehranın Mehrabad hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi müzakirə olunub.

Top
JoomlaLock.com All4Share.net