Ermənilər Cavad Zərifə şər atdılar-VİDEO
Featured

30 Noyabr 2017

Ermənistana səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Azərbaycana gələcək.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ermənistandan İtaliyaya uçan Məhəmməd Zərif Romada keçirilən Aralıq Dənizi Konfransında iştirak etdikdən sonra dekabrın 1-də Azərbaycana üz tutacaq.

C. Zərif Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi" adlı konfransa qatılacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi" adlı konfransda  Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədilə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İran xarici işlər nazirinin yüksək səviyyəli görüşləri də nəzərdə tutulub.

Hazırda Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə qatılacaq. O, "Asiyanın ürəyi-İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında da iştirak edəcək.

Bu arada Azərbaycan mediası iranlı nazirin Ermənistanda etdiyi çıxış zamanı ""Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır" fikrini müzakirə edir. Bu fikrin müsəlman ölkəsi, qonşu və dost İran İslam Respublikasının xarici işlər nazirinin dilindən çıxması inandırıcı deyil. Çünki Ermənistan islam ölkəsi olan Azərbacanın 25 faizdən çox torpaqlarını vəhşicəsinə işğal edib və əhalisinə olmazın işgəncələr verib. Bu gün hələ də azərbaycanlı qadınlar və kişilər erməni əsirliyində zülm çəkir, işgəncə görürlər.

Eyni zamanda 1908-ci ildən başlayaraq ermənilər İranın Urmiya, Ərdəbil, Təbriz və bir -neçə şəhərində yüz minə yaxın yerli əhalini qanına qəltan edib. Bu qədər ağrı -acının belə tezliklə unudulması sadəcə bir nazirin öz ölkəsinin və islam dünyasının tarixinə biganəliyinin göstəricisidir ki, intellekti, istedadı ilə ABŞ-ı diz çökdürən Cavad Zərifiyə bunu şamil etmək olmaz.

Qısa bir araşdırmadan sonra bəlli oldu ki, əslində C.Zərifi "Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır" fikrini səsləndirməyib. Bu cümləni erməni KİV-ləri yayıb (https://news.am/tur/news/423358.htmlhttps://www.ermenihaber.am/tr/news/2017/11/29/İran-Yerevan-Azerbaycan/118249). Hər zaman olduğu kimi ermənilər yenə də iki qardaş, dost dövlətin-Azərbaycanla-İranın arasına girməyə çalışır və hər zaman olduğu kimi bizim KİV-lər məsələni aydınlaşdırmadan, erməni mənbələrinə istinadən yayımlayırlar. 

Top
JoomlaLock.com All4Share.net