Hüquq müdafiəçimiz Qafqazda birinci oldu
Featured

10 Yanvar 2018

Hüquq müdafiəçisi Oqtay Güləliyev "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Qafqazın qəhrəmanı" onlayn səsverməsinin qalibi olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə o, sosial şəbəkədə məlumat verib: "Dostlar, bildiyiniz kimi Rusiyanın tanınmış hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Qafqazın qəhrəmanı" onlayn səsverməsi bu gün yekunlaşdı. Səsvermədə Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiə sahəsində daha çox fərqlənən 7 namizəd təmsil olunub. Səsvermənin gedişində facebook hesabımdan və digər internet resurslarından hər hansı çağırış edib, məlumat paylaşıb səsverməyə süni şəkildə müdaxiləyə cəhd etmədim. Amma sizlərin, ölkəmizdə və xaricdə yaşayan dostlarımızın dəstəyi ilə 34.25% səslə səsvermənin qalibi olduq. Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Ermənistan) ofisinin sədri, hüquq müdafiəçisi Artur Sakunts 29,69% səslə ikinci olub. Üçüncü yeri Gürcüstanın Cənubi Osetiya bölgəsindən Tamara Mearakişvili tutub. Artıq səsvermə dayandırılıb və qalib elan edilib...

Oktay Gülalıyev adlı şəxsin şəkli.

Dəstəyinizə və çox saylı təbriklərinizə görə çox sağ olun. Amma bildirmək istəyirəm ki, mən Qəhrəman deyiləm, üzərimə düşəni etməyə çalışıram. Əsas qəhrəmanlar hazırda Azərbaycan həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 161 siyasi məhbusdur. Onları təmannasız müdafiə edən, mübariz insanlardır, sizlərsiniz.

Kiçik uğur da olsa mən bu uğuru həbsdə olan siyasi məhbuslara və onların ailələrinə hədiyyə edirəm!

Var olun, sağ olun!"

Top
JoomlaLock.com All4Share.net