"Zəngilanlılar prezident seçkilərində İlham Əliyevin ətrafında birləşəcək"

07 Fevral 2018

Zəngilan Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun hesabat məruzəsi dinlənilib.

R.Həsənov bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini hər zaman əməli fəaliyyətində rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti rayonda qanunçuluğun möhkəmləndirilməsinə, aşkarlıq və ictimai rəyi nəzərə almağa çalışıb.

O, daha sonra rayonda görülən işlərin hesabatını verib və kənd təssərüfatının inkişafından danışıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi rayon rəhbərliyi və ictimaiyyəti adından əmin etmək istəyirəm ki, zəngilanlılar həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər".

Toplantıda çıxış edən Zəngilanın deputatı İmamverdi İsmayılov qeyd etdi ki, rayon İcra Hakimiyyətinin başçısı əhali qarşısında hesabat verməklə bir növ insanlara olan diqqət və qayğısını göstərir. 
Millət vəkili çıxışının sonunda hər zaman olduğu kimi bu il də zəngilanlıların prezident sevçkilərində Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyəcəyinə əminliyini bildirdi.

Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Şamil oğlu Həsənovun qardaşıdır. O, 1960-cı ilin aprеl ayının 7-də Azərbaycan Rеspubliкası Cəbrayıl rayоnunun Böyüк Mərcanlı кəndində anadan оlub.

1982-cı ildə Baкı Dövlət Univеrsitеtinin tariх faкultəsinə daхil оlmuş, 1988-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub.
2001-ci ilin окtyabrında Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin оlunub.  2011-ci ilin aprеl ayınadəк bu vəzifədə çalışıb.
Azərbaycan Rеspubliкası Prеzidеnti cənab Ilham Əliyеvin 26 aprеl 2011-ci il tariхli Sərəncamı ilə Ramiz Şamil оğlu Həsənоv Zəngilan rayоn icra haкimiyyətinin başçısı təyin оlunub.
Ailəlidir, 2 övlad atasıdır.


Elməddin Muradlı

Top
JoomlaLock.com All4Share.net