Azərbaycanlı terrorçu öldürüldü

12 Fevral 2018

Suriyada hökumətə qarşı döyüşən və Azərbaycan vətəndaşlarını bu ölkəyə dəvət edən daha bir azərbaycanlı terrorçu zərərsizləşdirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Səid Azəri" ləqəbli ekstremist Suriya ordusunun anti-terror əməliyyatları zamanı öldürülüb.

Qeyd edək ki, 2011-ci ildə silahlı qarşıdurmaların başladığı tarixdən bu günə kimi Suriya ərazisinə Azərbaycandan minə yaxın terrorçu yollanıb. Bu şəxslər Suriya və İraq ərazisində qeyri-qanuni "İraq Şam İslam Dövləti"nı yaratdıqlarını elan ediblər.

 

Top
JoomlaLock.com All4Share.net