Kamillik qüdrətdən düzgün istifadə etməkdir...
Featured

17 Fevral 2018

Müsəlman Birliyi Hərəkatının zindanda olan fəal üzvü Sahil Rzalı zindandan yazır...

"Qüdrətli insan olmaq kamil insan olmaq deyil, kamillik qüdrətdən düzgün istifadə etməkdir.

Elə insanlar var ki, adamın nəzərini çəkirlər, nəticə çıxartmaq o qədər də çətin deyil, sözsüz ki, insanın nəzərini çəkənlər, əllərində qüdrəti olan insanlardır daha dəqiq desək, deputatlar, nazirlər, vəkillər, hakimiyyəti dəstəkləyən axundları nəzərdə tuturam.
Xalqının ölkəsinin milli mənəvi dəyərlərini düşünən hər bir kəsin nəzəri məncə bu rütbəli insanlardadır.

Mən bu rütbəli insanlardan çox şey öyrənmişəm onlardan öyrəndiklərim bu məqaləni yazmağa məni məcbur etdi. 

Картинки по запросу совершенство

İstəyirsən çəkilib bir qırağa sakit həyat yaşayasan amma mümkün deyil. 

İnsan seçdiyi mövqeydən kənara çıxanda çox darıxır, mənim üçün mövqeyimə görə həbsxanaya düşmək doğmadır.
Əlində qüdrəti olan jurnalistdən tutmuş bəzi din xadimlərinə qədər bir iki məsələni qeyd edəcəm.
Bildiyiniz kimi 11 Aprel prezident seçgiləridir.

Xalqın hər bir fərdinin bu səs vermədə seçdiyi bir namizədi var kim hansı namizədə səs verəcək onun şəxsi işidir.
Mən çox güman ki, heç bir namizədə səs verməyəcəm bu da mənim şəxsi işimdir.
Lakin mənim və mənim kimi azad təfəkkürdə olan Azərbaycanlıların işinə qarışan hakimiyyəti yönlü vəzifəlilər deyirlər ki, Azərbaycan xalqı İlham Əliyevə səs verəcək.
Bu sözü deyən vəzifəlilər ya İlham Əliyevə səs vermək istəməyənləri Azərbaycan xalqı kimi görmürlər yada xalqın adından yalan danışırlar.
Bu günə qədər din siyasətdən ayrıdır deyən Qafqaz Müsəlmanlar idarəsinin sədri dindarların adından deyir ki, hər kəs İlham Əliyevə səs verəcək.

Cənab Allahşükür Paşazadə! Əgər din siyasətdən ayrıdırsa nəyə görə dindarlar siyasətçiyə səs verməlidirlər.
Mən səs verməyəcəm! Ona görə yox ki, dini siyasətdən ayrı bilirəm əksinə dini siyasətlə birgə gördüyüm üçün səs verməyəcəm.
Dini siyasətdən ayrı bilən dindarlara qaldıqda isə onların da dindar olduqları üçün islam şəriətinə görə siyasətçiyə səs verməkləri düzgün deyil!

Картинки по запросу религия и политика

indi necə din siyasətdən ayrıdır? 

Yeri gəlmişkən 2016 cı ildə Kürdəxanı təcridxanasında olduğum müddətdə telekanalların birində xəbərlərə baxırdım bir jurnalist xanım hacı Taleh və tərəfdarlarını radikal şiə kimi təqdim etdikdən sonra dedi ki, hacı Tale, indi Cənnətin yeddinci pilləsindən deyil, kosmosun yeddinci pilləsindən danışmağın vaxtıdır.
Mən bu jurnalist xanıma bir tərəfdən təşəkkür edirəm, digər tərəfdən ona bir iki məsləhətim var.
Ona görə təşəkkür edirəm ki, yüksək rütbəli məmurlar hacı Taleə xarici agent, dindən sui istifadə edən siyasətçi dedikləri halda siz dindar dediniz.

"Cənnətin yeddinci pilləsindən deyil..." sözünün mənası budur ki, hacı Tale Cənnətdən danışırmış, ona xarici deyənlər isə ona böhtan atıblar.
Hörmətli jurnalist xanım! Dediyim bir iki məsləhət budur ki, elə şeylər tələb edin ki, özünüz ona əməl edə biləsiniz, Azərbaycan öz daxili bazarlarını kartofla təmin edə bilmir, bazarlarda İran kartofu satılır siz hələ kartof problemin həll edin, sonra kosmosdan danışaraız...
Mən bu xəbərə baxdıqdan sonra QMİ-nin sarsıdıcı bəyanatını gözləyirdim. Düşünürdüm idarənin axundları bu jurnalist xanıma xəbərdarlıq edib deyəcəklər ki, ağlıva gələni danışma, dindarların başını xurafatla doldurma, kosmos nədir, qoy elə cənnətdən danışsınlar...
Amma nə etmək olar sarsıdıcı bəyanat verilmədi."

 

Qeyd edək ki, "Müsəlman Birliyi" Hərəkatının üzləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov "Sabunçu olayları"na görə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, "Müsəlman Birliyi" Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Onların bəziləri iğtişaşlarda günahlandırılaraq həbs edilib.

Sabunçu olayları bir növ Nardaran olaylarının başlanğıcı sayılır.

Картинки по запросу nardaran hadiseleri

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.Lakin iki illik məhkəmə araşdırmaları dindarlarda silahın olduğunu sübut edə bilmədi. Bəlli oldu ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə ölkədəki ədalətsizliyə etiraz etdiyi üçün onu və ətrafında olan bütün dindarları şərləyərək həbs ediblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə ictimai qaydanı pozma və hakimiyyət nümayəndəsinə müqavimət ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsi hər üç qrupa ağlagəlməz həbs cəzası hökmünü oxuyub.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onların heç silahları da olmayıb. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Nardaran olayları ilə bağlı həbs edilənlər bütün dünyada siyasi məhbus elan ediliblər.

Top
JoomlaLock.com All4Share.net