Rəvan İsmayılov Bakıda itkin düşüb
Featured

28 Fevral 2018

Müsəlman Birliyi Hərəkatının fəalı Rəvan İsmayılov oğurlanıb. Bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Bir müddətdir Rusiyada yaşayan Rəvan İsmayılovun yaxınlarının yaydığı məlmata görə, o, fevralın 28-də günorta saat 12-də Bakıda hava limanında olmalı idi.  Lakin Bakıya çatandan sonra ondan xəbər çıxmayıb.

Hərəkat üzvləri Rəvan İsmayılovun oğurlana biləcəyini bildirirlər.

Qeyd edək ki, Rəvan İsmayılov sonuncu dəfə keçən il oktyabrın 4-də polis tərəfindən saxlanılıb. O, 535.1-ci (Polisin qanuni əmrinə tabesizlik) maddəni pozmaqda təqsirli bilinərək 30 sutka azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net