Əhsən Nuruzadəyə 7 il həbs cəzası verildi-VİDEO
Featured

06 Mart 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının üzvü Əhsən Nuruzadəyə hökm oxundu.

Ötən məhkəmədə prokuror Əhsən Nuruzadəyə 8 il həbs cəzası istəsə də bu dəfə çıxış etməyib.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda vəkil Fariz Namazlı çıxış edib və istintaq zamanı baş verən qanunsuzluqların araşdırılmadığını bildirib.

Əhsən Nuruzadə son sözündə günahsız olduğunu şərlənərək həbs edildiyini və ona qarşı irəli sürülən ittihamların sifariş olduğunu bildirib: "Məni birinci dəfə həbs edəndə dedilər ki, Müsəlman Birliyi Hərəkatından və Azərbaycan Xalq Cəbhəsi Partiyasından uzaqlaş. Get namazını qıl, siyasətə qoşulma, yoxsa səni narkotiklə şərləyib həbs edərik. Mən mitinqə çağrış etdiyimə görə həbs edildim. Mən atası şərlənərək həbs edilən körpələrə imanlı insanların etdiyi yardımlardan bir tikə çörəkpulu apardığıma görə həbs edildim".

Sonra o, üzünü hakimə tutaraq deyib: "Atası şərlənərək həbs edilən uşaqların çoxu məktəb paltarı olmadığına görə məktəbə gedə bilmir. O, atasına həsrət qalan uşaqların çoxu gecələr ac yatır, evində bir tikə çörək olmadığına görə".

Əhsən Nuruzadənin çıxışından sonra hakim müşavirə otağına yollandı və müşavirədən geri qayıdıb ona 7 il höküm oxudu.

Hakim hökmü həddindən artıq alçaq səslə oxuduğuna zaldakılar etiraz edəndə, o səsini bir az da alçaltdı. Zaldakılar da onun bu jestinə etiraz olaraq oturdular və hökmü oturaq şəkildə dinlədilər .

Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb.Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Əhsən Nuruzadə bundan əvvəl də iki dəfə həbs olunub – 19 yanvar və 24 sentyabrda. Hər ikisində o, evlərinin yaxınlığından mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, zorla maşına mindirilib və günlərlə onun harada saxlanması bilinməyib. Təxminən bir həftədən sonra məlum olub ki, onu aparanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Günlərlə onu bu idarədə təzyiq altında saxlayandan sonra məhkəmə qarşısına çıxarıb, 10 gün inzibati həbsi haqda qərar alınıb. Hər iki qərarda yazılıb ki, Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söyüb, həmin vaxt onu intizama dəvət edən polislərə tabe olmayıb.

Əhsən Nuruzadə onu da bildirir ki, sonuncu həbsində MCMİ-də işgəncələrə məruz qalıb.

Əhsən Nuruzadənin vəkili Fariz Namazlı vetenugrunda.az-a verdiyi açıqlamada məhkəmənin çıxardığı hökümü ədalətsiz adlandırıb.

 AXCP sədrinin müavini, şərlənərək həbs edilən siyasi məhbus Fuad Qəhrəmanlının xanımı, yazar Zümrüd Yağmur Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Ahsan Nuruzadenin həbsinə etiraz etdi:

Top
JoomlaLock.com All4Share.net