Sabah 83 yaşlı baş nazir Artur Rasizadə hesabat verəcək-VİDEO
Featured

15 Mart 2018

Sabah, martın 16-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq.

Hökumətin hesabatını Baş nazir Artur Rasizadə təqdim edəcək.

Qeyd edək ki, əslən naxçıvanlı olan Artur Rasizadə 4 noyabr 1935-cü ilin 26 fevralında Gəncədə doğulub.

1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbini bitirib.

1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrini daşıyıb.

2003-cü ilin noyabr ayından bu günə qədər Azərbaycan Respublikasının Baş naziridir.

Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

Top
JoomlaLock.com All4Share.net